kriminal.az
Rusiya hökumətində mümkün dəyişikliklər məlum olub

Rusiyanın baş naziri Mixail Mişustin Dövlət Dumasına yeni hökumətin tərkibi ilə bağlı təkliflərini təqdim edib.

Təkliflərə əsasən, Denis Manturov Sənaye və Ticarət Nazirliyinin rəhbəri vəzifəsini tərk edərək baş nazirin birinci müavini olacaq. Baş nazirin ixtisaslaşmış müavini vəzifəsini Nəqliyyat Nazirliyinə rəhbərlik edən Vitali Savelyev tutacaq. Həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri vəzifəsində çalışmış Dmitri Patruşev də baş nazirin müavini postuna sahib olacaq.

Parlamentin aşağı palatası bir həftədən gec olmayaraq namizədlərlə bağlı qərarlar qəbul etməlidir. Bundan əlavə, bütün təyinatlar prezident tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, mayın 10-da Vladimir Putin Mixail Mişustini hökumətin sədri təyin edib. Baş nazir artıq prezidentə federal icra orqanlarının strukturu ilə bağlı təkliflər təqdim edib, dövlət başçısı şənbə günü müvafiq fərman imzalayıb.

Mənbə: Ria Novosti

Top
0.048633098602295