“Ukraynanın Şimali Atlantika Alyansına qoşulmaqdan imtinası danışıqlar zamanı Kiyevin təhlükəsizlik zəmanəti ilə əvəz oluna bilər”.
Bu barədə Avstriyanın “Die Presse” nəşrinə Çexiya Prezidenti Petr Pavel bildirib.
“Danışıqlar aparmaq olar, çünki Ukraynanın NATO-ya üzvlüyü, məsələn, təhlükəsizlik zəmanəti ilə əvəz edilə bilər”, - Pavel vurğulayıb.
Qeyd edək ki, 2012-2015-ci illərdə Pavel Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub. 2015-2018-ci illərdə isə NATO Hərbi Komitəsinin sədri (Şərqi Avropa dövlətinin bu vəzifəni tutan ilk nümayəndəsi) kimi çalışıb.