Mayın 12-si saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub. Arabir güclənən şimal-qərb küləyi əsib.
Kriminal.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yağıntının miqdarı Zaqatalada 9 millimetr, Tovuz, Balakəndə 6 millimetr, Şəmkirdə 5 millimetr, Şahbuzda 4 millimetr, Qax, Gəncə, Şəki, Ceyrançöl, Sədərək, Gədəbəy, Naxçıvan, Şahdağ, Göygöl, İsmayıllı, Tərtər, Kürdəmir, Yevlax, Ağdam, Culfa, Ordubad, Şərurda 3 millimetrədək olub.
Mayın 11-i Daşkəsən rayonuna saat 14:45-14:47 radələrində daimetri 8 millimetr, Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollar ərazisinə saat 15:00-15:18 radələrində 17 millimetr, Gədəbəy rayonuna isə saat 14:10-14:18 radələrində 9 millimetr olan dolu düşüb.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 metr/saniyə, Mingəçevirdə 25 metr/saniyə, Tərtər, Goranboyda 23 metr/saniyə, Naftalanda 22 metr/saniyə, Şahdağ, Şəkidə 20 metr/saniyə, Gəncədə 18 metr/saniyəyədək güclənib.
Göygöl, Şamaxı, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Yevlax, Göyçayda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, Naxçıvan MR-da 20-26, Aran rayonlarında 22-27, dağlıq rayonlarda isə 15-19 dərəcə isti olub.