Bir yaşlı Mirzağanın sizin yardımınıza ehtiyacı var.
Bu barədə Kriminal.Az-a onun anası Yeganə Hüseynova məlumat yayıb.
O bildirib ki, övladı ötən il noyabrın 13-də yanıb.
“Mirzağa səkkiz aylıq olarkən dəm çaynikinin partlaması nəticəsində bədəninin böyük hissəsi yanıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Bir aydan çox orada müalicə alıb. Evə göndərildikdən sonra sizin saytın izləyicilərinin dəstəyi ilə müalicələri davam etdirə bilmişik. Hazırda maddi olaraq tam tükənmişik. Mirzağanın dərmanlarını, mazlarını almaq üçün hazırda 600 manata ehtiyacımız var. İnanın, ağrılarına görə nə normal yuxu yata bilir, nə normal yemək yeyə bilir. Demək olar ki, bütün günü ağlayır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (070) 330-99-79.
Kapital Bank: 4169 7388 2087 6575.