Ağdaşda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Kriminal.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə Ağdaş rayonu, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində baş verib.
Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus, yeddi otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 180 kvadratmetr olan yeddiotaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 24 kvadratmetr sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.