kriminal.az
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir

Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl Nigeriyaya səfər edib və buranı “öz ölkəsi” adlandırıb.

Belə ki, daha əvvəl DNT testi Sasseks hersoginyasının Nigeriya mənşəli olduğunu göstərib.

Markl şahzadə Harri ilə birgə Nigeriyaya rəsmi səfərə gedib. O, dəvətə görə Nigeriyanın Müdafiə Qərargahı rəisinə təşəkkür edib.

“İlk növbədə, ərimi və məni bu ölkədə - mənim ölkəmdə lütfkarlıqla qarşıladığınız üçün sizə çox təşəkkür etmək istəyirəm”, - deyə Markl deyib.

O etiraf edib ki, nigeriyalı kökləri haqqında öyrəndikdən sonra dərhal anasına zəng edərək, bu barədə nə bildiyini soruşub.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Markl DNT şəcərəsi testindən keçib və onun 43% nigeriyalı olduğu üzə çıxıb.

Mənbə: gazeta.ru

Top
0.064019918441772