kriminal.az
Estoniya hökuməti Ukraynaya qoşun göndərəcək?

“Estoniya hökuməti Qərbi Ukraynaya qoşun göndərmək imkanını ciddi şəkildə müzakirə edir”.

Bu barədə Estoniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Madis Roll məlumat verib.

Onun sözlərinə görə, hazırda hökumət Estoniya qoşunlarının Ukraynaya maddi-texniki təchizat işlərinə göndərilməsi imkanlarını təhlil edir.

Bununla belə, Roll qeyd edib ki, Estoniya birləşmiş güc və qətiyyət nümayiş etdirmək üçün NATO missiyasının bir hissəsi kimi qoşunların göndərilməsi məsələsini müzakirə etməyə üstünlük verir, lakin daha kiçik koalisiyada iştirak imkanını istisna etmir.

“Müzakirələr davam edir. Biz bütün imkanları nəzərdən keçirməliyik”, - deyə maşvir bəyan edib.

Onun fikrincə, belə bir addıma qarşı çıxan NATO ölkələrinin zaman keçdikcə fikirlərini dəyişə bilər.

Mənbə: TASS

Top
0.1168520450592