İranın Kərəc şəhərinin Qohərdəşt bölgəsində bir şəxsin hökumət qüvvələri tərəfindən məcburi şəkildə avtomobilə mindirilməsinin görüntüləri yayılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Videodan göründüyü kimi, bir neçə nəfər yerli sakini zorla avtomobilə salaraq qaçırırlar.
Sosial media istifadəçiləri qeyd ediblər ki, bunun insan oğurluğu, yoxsa həbs olduğu bəlli deyil. Çünki repressiv qüvvələr artıq hər yerdə insanları həbs edirlər.