Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb.
Kriminal.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, may ayının 14-də saat 00:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 12 nəfər (səkkizi azyaşlı uşaq), saat 02:10-da isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 24 nəfər (16-sı azyaşlı uşaq) Azərbaycan vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.