Cənubi Vəziristan rayonunda (Əfqanıstanla həmsərhəd olan Xayber Paxtunxva əyalətinin şimal-qərbində) yaşayış binasında baş verən partlayış nəticəsində azı beş nəfər ölüb, iki nəfər yaralanıb.
Bu barədə yerli polisə istinadən məlumat yayılıb.
Ölənlər arasında iki qadın və uşaq da var.
Polis evdə uzaqdan işə salınan kustar partlayıcı qurğunun olduğunu bildirib. Hadisə yerində araşdırma aparılır.
Qeyd edək ki, Şimali və Cənubi Vəziristandakı radikal qruplar Vəziristan İslam Dövləti adlanan qurumun yaradılmasına can atır.
Mənbə: TASS