Lənkəranda meyiti tapılan qadının kimliyi və bəzi təfərrüat məlum olub.
APA-nın məlumatına görə, meyiti tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.
K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb.
Nənəsinin verdiyi məlumata görə o, ailəli olub və ayrılıb.
Cəlilabadda kollecdə oxuyub. İşləmək üçün Lənkərana gedib. İki-üç gündən sonra ondan heç bir xəbər olmayıb.
Onun itkin düşməsi barədə polisə məlumat verilib. Hazırda fakt üzrə araşdırma davam etdirilir.
19:24
Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb.
APA-nın məlumatına görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağıyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti tapılıb.
Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.