kriminal.az
TBMM sədri: “Ukraynadakı münaqişə dünya müharibəsinə çevrilə bilər”

“Rusiya ilə Ukrayna arasındakı münaqişə Rusiya Federasiyası ilə Qərb arasında qarşıdurmaya çevrilmək riski daşıyır”.

Bunu Türkiyə Böyük Milllət Məclisinin sədri Numan Kurtulmuş Ali Radanın sədri Ruslan Stefançukla görüşdə deyib.

O qeyd edib ki, Türkiyə bu münaqişəni mümkün qədər tez həll etmək üçün səy göstərir.

“Təəssüf ki, bu, təkcə Rusiya və Ukrayna arasında müharibə deyil, bu, bütün Qərb dünyası və Rusiya Federasiyası üçün müharibəyə çevrilmək potensialına malikdir. Bu münaqişə üçüncü dünya müharibəsinin qaynağıdır və dünya sülhünü təhdid edir. Bizim əsas məqsədimiz bu müharibəni bitirmək və Ukraynanı mümkün qədər tez bərpa etməkdir”, - deyə Kurtulmuş bəyan edib.

Parlament sədri qeyd edib ki, Rusiya və Ukrayna Türkiyə və Qara dənizdəki qonşular üçün iki mühüm ölkədir.

“Biz Türkiyə olaraq Rusiya ilə Ukrayna arasındakı müharibəni tez bir zamanda bitirmək, Ukraynanın ərazi bütövlüyünü təmin etmək, qalıcı və ədalətli sülhü təmin etmək üçün böyük səylər göstəririk”, - deyə Kurtulmuş bildirib.

Xatırladaq ki, Ali Radanın sədri ilə yanaşı, Ukraynanın müdafiə naziri Rustem Umerov da Ankarada səfərdədir. Çərşənbə axşamı o, Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülər ​​ilə danışıqlar aparıb.

Mənbə: TRT

Top
0.039364099502563