Təhlükəsizlik qüvvələri ötən gecə Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində iğtişaşlar zamanı 140 nəfəri həbs edib.
Məlumata görə, iğtişaşlar nəticəsində üç nəfər ölüb. Fransanın ali komissarı Lui Le Frank daha əvvəl açılan atəş nəticəsində bir nəfərin öldüyünü, iki nəfərin isə yaralandığını bildirib.
Ali komissar vurğulayıb ki, iğtişaşçılarla mülki müdafiə qüvvələri arasında atışma olub. Polis məntəqəsinə basqın cəhdi yaşanıb.
Fransanın daxili işlər naziri Jerald Dermanen bildirib ki, yüzlərlə insan, o cümlədən 100-ə yaxın polis və jandarm əməkdaşı yaralanıb. Onlarla ev və ticarət obyekti yanıb.
Qeyd edək ki, Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara cavab olaraq Fransa hakimiyyəti komendant saatı tətbiq edib və kütləvi tədbirləri qadağan edib.
Mənbə: kommersant.ru