Yeni Zelandiyada nəsli kəsilmiş huya quşunun tükü təxminən 28 365 dollara hərracda satılıb və dünyanın ən bahalı lələyi olub.
Məlumata görə, lələk ilk dəfə 2010-cu ildə satılıb. Sonradan beş dəfə sahibini dəyişib.
Nadir tükün çəkisi cəmi 9 qramdır. Beləliklə də, lələk qızıldan qat-qat bahadır. Hazırda qiymətli metalın bir qramı orta hesabla təxminən 77 dollara başa gəlir. Bir huya lələyinin qramı isə təxminən 3,099 dollardır.
Canlı huya sonuncu dəfə 1907-ci ildə görülüb. Bu quşların tüklərindən bəzək kimi istifadə olunub. Hazırda huya Yeni Zelandiyanın simvollarından biridir.
Mənbə: snob.ru