Mayın 19-da helikopter qəzası nəticəsində həlak olmuş İran Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın, Təbrizin imam cüməsi Seyid Məhəmməd Al-Haşimin və Şərqi Azərbaycan valisi Malik Rəhmətinin cənazələri dünən axşam saatlarında İranın paytaxtı Tehrana gətirilib.
Daha sonra Tehranın İmam Xomeyni ibadət məkanında rəsmi vida mərasimi təşkil olunub.
Bu gün səhər saatlarından etibarən isə paytaxt Tehranda ümumxalq hüzn yürüşü başlayıb.
Qeyd edək ki, baş vermiş helikopter qəzası ilə bağlı İranda beş günlük matəm elan edilib.
Mənbə: Tasnim