kriminal.az
Britaniyada erkən seçki keçiriləcək

İyulun 4-də Böyük Britaniyada erkən parlament seçkisi keçiriləcək.

Baş nazir Rişi Sunak çərşənbə günü bu məsələ ilə bağlı hökumətin iclasını keçirib.

Seçkinin vaxtından əvvəl elan edilməsinin səbəbləri açıqlanmır, lakin ekspertlər bunu inflyasiya ilə bağlayırlar.

Belə ki, apreldə Nazirlər Kabineti qiymət artımını illik ifadədə 2,3%-ə endirməyə nail olub. Bu, Sunakın vəzifəyə başladığı 2022-ci ilin oktyabrındakı 11,1%-dən çox aşağıdır və İngiltərə Bankının 2%-lik hədəfinə yaxındır.

Politoloqlar hakim Mühafizəkarlar Partiyasının lideri Sunakın seçki keçirmək üçün fürsətdən istifadə etmək qərarına gəldiyini istisna etmirlər. Qanuna görə, seçki 2025-ci ilin yanvarınadək baş tutmalıdır.

Eyni zamanda ekspertlər belə bir addımın Sunak və partiyası üçün riskli olduğunu qeyd edirlər. Rəy sorğuları müxalifətdəki Leyboristlər Partiyasının Mühafizəkarlardan 21 faiz bəndi üstün olduğunu göstərir. Böyük Britaniyanın seçki sisteminin xüsusiyyətlərini nəzərə alsaq, bu, müxalifətin parlamentin aşağı palatası olan 650 yerlik İcmalar Palatasında mandatların yarısından çoxunu qazana biləcəyi deməkdir. Belə ssenari məhz leyboristlərə hökuməti qurmaq imkanı verəcək.

Mənbə: TASS

Top
0.1159040927887