Rusiyanın Baş Rabitə İdarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisi Valeri Gerasimovun müavini general-leytenant Vadim Şamarin saxlanılıb.
Bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Şamarin 235-ci Qarnizon Hərbi Məhkəməsində baxılan dələduzluq cinayəti ilə bağlı axtarışa verilib. Axtarışın nəticələrinə əsasən, general dindirilmək üçün İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb.
2020-ci ildə Baş Qərargah rəisinin keçmiş müavini Xalil Arslanov silahlı qüvvələrə texnikanın verilməsi zamanı dələduzluqda və rüşvət almaqda ittiham olunaraq, həbs edilib.
Xatırladaq ki, bu yaxınlarda müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin baş kadrlar idarəsinin rəisi general-leytenant Yuri Kuznetsov rüşvət almaqda ittiham olunaraq saxlanılıb və həbs ediliblər.
Mənbə: kommersant.ru