kriminal.az
Birinci Qarabağ döyüşlərində itkin düşən şəhid Cavid Ələkbərov dəfn edildi

Birinci Qarabağ döyüşlərində şəhid olmuş Cavid Fazil oğlu Ələkbərov Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Kriminal.Az xəbər verir ki, Azərbaycan Dövlət Himni səsləndirilib və yaylım atəşi açılıb.

Dəfndə şəhidin ailə üzvləri ilə yanaşı, Qubadlı Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyin nümayəndələri iştirak ediblər.

12:07

Bu gün Birinci Qarabağ döyüşlərində şəhid olmuş, 30 il sonra kimliyi müəyyənləşdirilmiş Cavid Fazil oğlu Ələkbərovun nəşi ailəsinə təhvil verilib.

Kriminal.Az xəbər verir ki, hərbçinin qardaşı Aqil Ələkbərov qardaşının nəşini Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyindən təhvil alıb.

Şəhidlə vida mərasimi Sumqayıt şəhər Şəhidlər xiyabanında keçirilir. Cavid Fazil oğlu Ələkbərov Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid Cavid Fazil oğlu Ələkbərov 1975-ci il aprelin 25-də Qubadlı rayonunun Novlu kəndində anadan olub. 1993-cü ildə Milli Ordu sıralarında həqiqi hərbi xidmətə çağırılıb. Şəhid Cavid Ələkbərov Kəlbəcərdə, Murovdağ və ətraf yüksəkliklər uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib. Məlumatlara görə, şəhidimizin son döyüşü 1994-cü il fevralın 16-da Murovdağ yüksəkliyi istiqamətində olub.

Könül Cəfərli

Top
0.093279838562012