kriminal.az
Şabranda Birinci Qarabağ müharibəsinin şəhidi Cəlil Şaxayev dəfn edildi

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cəlil İsa oğlu Şaxayevin meyitinin qalıqları Şabran şəhərinə aparılıb.

"Report"un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Şabran şəhərində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib. Onun nəşi Şabran şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Şabran rayonunun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cəlil İsa oğlu Şaxayev 1973-ci il dekabrın 30-da Şabran şəhərində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

Top
0.096109867095947