"Bugatti Sur Mesure" fərdiləşdirmə bölməsi yeni layihəsini təqdim edib.
Bu, "Bugatti Chiron Super Sport 55 1 of 1"dir.
Avtomobil 1930-cu illərin əvvəllərində şirkət tərəfindən istehsal edilən və kolleksiyaçıların sevimli modelinə çevrilən "Type 55" rodsterinə həsr olunub.
Rodster 1931-ci ildə Paris avtosalonunda təqdim edilib. Bu avtomobil brendin yaradıcısı Ettorenin oğlu Jan Buqatti tərəfindən dizayn edilib. Sürücü və sərnişin qapılarının olmaması ilə seçilən rodsterdən cəmi 38 ədəd istehsal edilib.
Mənbə: championat.com