Ermənistanın baş naziri Nikol Paşinyan MDB ölkələrinin hökumət başçıları Şurasının iclası üçün Aşqabada gəlməyib.
İclasda Ermənistan adından respublikanın Müstəqil Dövlətlər Birliyinin qanuni və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi, Ermənistanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Razmik Xumaryan iştirak edib.
İrəvan son vaxtlar bəzi inteqrasiya formatlarında görüşlərə qatılmır. Belə ki, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bəzi sammitlərində də iştirak etməyib.
Mənbə: TASS