kriminal.az
Kevin Kostnerdən iddialara CAVAB:

Aktyor Kevin Kostner "Horizons" filmi Kann festivalında nümayiş etdirildikdən sonra ağlamadığını deyib.

O, şayiələri məşhur "Cimmy Kimmel Live" şousunda təkzib edib.

"Həyatımı bir saniyəlik xatırlamağa başladım. Bir növ keçmişə qayıtdım və bura necə gəldiyimi anlamağa çalışdım", - deyə 69 yaşlı aktyor bildirib.

Filmdən sonra tamaşaçıların alqışlarından təsirləndiyini vurğulayan Kostner, "Mən qətiyyən ağlamamışam. Ağlamamışam", - deyib.

Qeyd edək ki, mayın 20-də Kostnerin Kannda ilk rejissor işi olan "Horizons" filminin nümayişindən sonra göz yaşlarına boğulduğu bildirilmişdi. Ulduz 10 dəqiqə alqışlarla qarşılanıb.

Mənbə: Gazeta.ru

Top
0.082185029983521