Qucarat ştatında baş verən yanğında uşaqlar da daxil olmaqla, azı 20 nəfər ölüb. Alovlar Rajkotda məşhur oyun meydançasını bürüyüb.
"Xilasetmə əməliyyatı davam edir. Yanğın nəzarət altındadır. Biz mümkün qədər çox cəsədi çıxarmağa çalışırıq. İndiyə qədər 20-yə yaxın cəsəd çıxarılaraq əlavə araşdırma üçün xəstəxanaya göndərilib", - ştatın Baş naziri Bhupendra Patel jurnalistlərə bildirib.
Baş nazir onu da qeyd edib ki, yanğının səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.
Yerli mətbuatın yazdığına görə, ölənlərin əksəriyyəti uşaqlardır. Yanğın nəticəsində oyun meydançasının yerləşdiyi anqarın dam örtüyü uçub. Yanğınsöndürənlər dağıntılar altında hələ də cəsədlərin qalmasından ehtiyat edirlər.
Mənbə: TASS