kriminal.az

"TikTok" sosial şəbəkəsində "faizə pul verilir", "ucuz qiymətə qızılların satışı" səhifələrinin admininə hökm oxunub.

"Qaynarinfo"nun məlumatına görə, 1995-ci ildə Bakı şəhərində anadan olmuş Kənan Bədirli tanımadığı vətəndaşlara qarşı dələduzluq edib. O, faizə pul vermək və ya qızıl satmaq adı ilə vətəndaşları aldadaraq, kart məlumatlarını əldə edib və pullarını ələ keçirib.

Kənan "TikTok"da 5000 manat faiz ödəməklə 50 000 manat məbləğində pulu 10 il müddətinə kredit verməsini elan edib. Bu yolla o, Firuzə adlı qadının 1851 manatını, Mingəçevir Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən qadının 1552 manatını, Ucar rayonu Yuxarı Şilyan kəndində Azərbaycan dili və ədəbiyyat fənnini müəllimi işləyən şəxsin 5000 manat pulunu mənimsəyib. Onların bəzilərinə özünü "TBC Bank"ın əməkdaşı kimi təqdim edib.

O, həmçinin "TikTok" sosial şəbəkəsində "ucuz qiymətə qızılların satışı" səhifəsi yaradaraq bu yolla müxtəlif insanları aldadıb, 8800 manatdan çox pulu mənimsəyib.

Məhkəmənin qərarı ilə Kənan Bədirli Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 3 il 10 ay müddətə azadlıqdan məhrum edilib.

Top
0.045161962509155