20 yaşlı Ayselin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Kriminal.Az-a onun anası Səbinə Məmmədova məlumat verib.
O bildirib ki, övladı dörd dəfə beynindən əməliyyat olunub:
"Ayselin beş yaşı olanda qulağından çirk gəlməyə başladı, buna görə də əməliyyat olundu. Daha sonra vəziyyəti get-gedə pisləşməyə başladı. 2021-ci ilə qədər dörd dəfə beyin əməliyyatı keçirdi. Qulağının arxasında sümük olmadığı üçün ora implant taxılmışdı. Amma implant həm qırılıb, həm də şişdiyi üçün o yenidən əməliyyat edildi. Əməliyyat zamanı qırılmış implant çıxarılıb, yerinə yeni implant qoyuldu. Biz yenidən əməliyyat üçün Türkiyəyə yollandıq. Həkimlər Ayselin müalicə olunub, daha sonra əməliyyat edilməli olduğunu dedilər".
Səbinə Məmmədova hazırda müalicə üçün Türkiyədə olduqlarını deyib:
"Biz sizin saytın izləyicilərinin dəstəyi ilə mayın əvvəli Türkiyəyə müayinəyə gələ bildik. Burada müayinələri etdik, hazırda Bakıya qayıtmaq üçün isə pulumuz yoxdur. Hazırda burada qaldığımız evin sahibinə 500 dollar borcumuz var. İnanın, Ayselə yemək almaq üçün belə ev sahibindən pul almışam borca. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmaqlarını xahiş edirəm. İnanın vəziyyətimiz çox ağırdır".
Ailə ilə əlaqə: (051) 700-07-92. (WhatsApp)
Leo Bank: 4098 5844 9755 2503.