kriminal.az
Ağır yanıq xəsarətləri alan körpənin dəstəyə ehtiyacı var - FOTO

Üç yaşlı Narinin ehtiyatsızlıqdan yanıb.

Bu barədə Kriminal.Az-a onun anası Atlas Həsənova məlumat verib.

O bildirib ki, övladı martın 2-si ağır yanıq xəsarətləri alıb:

"Biz Sabirabadda yaşayırıq, mən qatıq sataraq pul qazanıram. Martın 2-si qatıq düzəltmək üçün süd qaynatmışdım. Narin oynayarkən bilmədən gəlib qazana dəyib, südü ayaqlarına tökdü. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq".

Atlas Həsənova bildirib ki, övladı üç dəfə ağır əməliyyat keçirib:

"Biz 25 gün xəstəxanada qaldıq. Bu 25 gündə övladım üç dəfə ağır əməliyyatlar keçirdi. Narin evə çıxan gündən sizin oxucuların dəstəyi ilə müalicələrini edə bilirik. Hazırda Narinin dərmanlarını almaq üçün 400 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmaqlarını xahiş edirəm".

Ailə ilə əlaqə: (051) 433-39-77.

Kapital Bank: 4169 7388 5154 7202.

Top
0.045652151107788