kriminal.az
Macarıstanda

Macarıstanın paytaxtı Budapeştdə on minlərlə insan "Sülh yürüşü"nə çıxıb.

Etirazçılar Macarıstanın Rusiya-Ukrayna münaqişəsinə cəlb edilməsinə və NATO-nun Avropada müharibəyə başlamasına qarşı çıxış ediblər.

"Avropa liderləri "müharibə qızdırması" ilə yanır. Biz hərbi çılğınlığı dayandırmalıyıq!" - deyə nümayiş təşkilatçılarından biri bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri Ukraynaya külli miqdarda pul və müdafiə avadanlığı göndərirlər, Fransa Prezidenti Emmanuel Makron isə artıq nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı debatlara başlayıb.

Agentliyin məlumatına görə, dinc yürüş Marqit adasında başa çatacaq və orada Macarıstanın Baş naziri Viktor Orban yürüş iştirakçıları qarşısında çıxış edəcək.

Xatırladaq ki, mayın əvvəlində Varşavanın mərkəzində müharibə əleyhinə yürüş keçirilib. Nümayiş iştirakçılarının sözlərinə görə, onlar Polşanın Ukraynadakı hərbi əməliyyatlarda iştirakına qarşı çıxıblar.

Macarıstanda "Sülh yürüşü": On minlərlə insan küçələrə çıxdı

Macarıstanda "Sülh yürüşü": On minlərlə insan küçələrə çıxdı

Mənbə: Gazeta.ru

Top
2.9600689411163