Meksikada iyunun 2-də keçirilən prezident seçkisindən sonra bülletenlərin emalı davam edir.
Hökumət tərəfdarı "Birlikdə tarixi yaratmağa davam edək" koalisiyasından namizəd Klaudiya Şeynbaum Meksika prezident seçkisində bülletenlərin 10%-nin sayılmasından sonra təxminən 58% səs toplayaraq liderdir.
Nəticələr Milli Seçki İnstitutunun "YouTube" kanalında yayımlanır.
Şeynbaumun əsas rəqibi "Meksika üçün Güc və Ürək" müxalif ittifaqından Soçitl Qalves səslərin 29,6%-ni toplayıb. Üçüncü yerdə "Vətəndaş Hərəkatı"ndan Xorxe Alvares Maynes 10% seçici səsi ilə qərarlaşıb.
Meksika Seçki Komissiyasının ilkin məlumatlarına görə, seçkidə iştirak 58,8%-dən çox olub.
Şeynbaum seçiləcəyi təqdirdə Meksikanın ilk qadın prezidenti ola bilər.
Mənbə: TASS