kriminal.az
Gürcüstanda

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili parlamentin qəbul etdiyi "Xarici agentlər haqqında" Qanunu imzalayıb. Sənədi Prezident Salome Zurabişvili təsdiq etməli idi, lakin o bundan imtina edib. Spiker qanunu imzaladıqdan sonra qanun qüvvəyə minib.

"Bu gün mən "Xarici təsirin şəffaflığı haqqında" Qanunu imzaladım. Bu qanunun məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərini kənar müdaxilələrə münasibətdə gücləndirməkdir", - deyə Papuaşvili brifinqdə bildirib.

Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də "Xarici təsirin şəffaflığı haqqında" Qanun layihəsini yekun oxunuşda təsdiqləyib. Qərar ölkədə etiraz aksiyalarına baxmayaraq qəbul edilib. Mayın 18-də Prezident Salome Zurabişvili qanuna veto qoyub. Mayın 28-də parlament onun vetosunu ləğv edib.

Mənbə: TASS

Top
0.097176074981689