kriminal.az
Mayk Tayson bloqer Ceyk Polla döyüşə buraxılmaya bilər

ABŞ-li boksçu Mayk Tayson iyulun 20-də bloqer Ceyk Pola qarşı rinqə çıxmalı idi. Hər ikisi döyüşə fəal hazırlaşırdı, lakin döyüş təxirə salınmalı olub.

Səbəb "Dəmir Mayk"ın səhhətində yaranan problemlər olub. 57 yaşlı boksçu bu yaxınlarda uçuş zamanı özünü pis hiss edib və bu səbəbdən təyyarəyə təcili yardım briqadası çağırılıb. İdmançının mədə xorası kəskinləşib.

Müqavilənin şərtlərinə görə, Mayk Tayson, xüsusən də yaşı ilə əlaqədar tam tibbi müayinədən keçməlidir. Yalnız məlumatları təqdim etdikdən sonra komissiya boksçunun döyüşə buraxılması barədə qərar verəcək.

Mənbə: TASS

Top
0.054281949996948