kriminal.az
Cənubi Koreya KXDR ilə hərbi sahədə razılaşmanı tamamilə dayandırıb

Cənubi Koreya Respublikası hökuməti hərbi gərginliyin azaldılmasına dair KXDR ilə 2018-ci il 19 sentyabr tarixli sazişin icrasının tamamilə dayandırılması təklifinə razılıq verib və Prezident Yun Suk Yol bunu təsdiqləyib.

İyunun 3-də Cənubi Koreya prezident administrasiyası Nazirlər Kabinetinin iclasında müvafiq məsələ qaldıracağını açıqlamışdı. Səlahiyyətlilər KXDR-in 2023-cü ilin noyabrında sazişi həyata keçirməkdən faktiki imtina etməsi ilə onun üzərinə götürdüyü öhdəliklər Cənubi Koreya silahlı qüvvələrinin döyüş hazırlığını saxlamaqda çətinliklər yaratdığını bildiriblər.

Qərar Koreya Respublikasının Prezidenti Yun Suk Yol tərəfindən təsdiqlənib. Bildirilib ki, KXDR-ə məlumat verildikdən sonra razılaşmaya əməl olunmayacaq. Cənubi Koreya hərbçiləri müqavilə ilə qadağan olunmuş tədbirlərdən istifadəni bərpa edəcəyini qeyd ediblər.

Mənbə: TASS

Top
5.8199579715729