Cinayətkar kimi məhkum olmaq ABŞ-nin keçmiş prezidenti Donald Trampın Böyük Britaniya, Kanada və Çin də daxil olmaqla 37 ölkəyə sərbəst səfərinə mane ola bilər.
Bunu "World Population Review" statistik təşkilatının portalının məlumatı sübut edir.
Qeyd olunur ki, milli qanunvericiliklə məhkum olunmuş şəxslərin Argentina, İran, Hindistan, Çin və Cənubi Afrika kimi ölkələrə girişi qadağandır. Həmçinin Avstraliya, Böyük Britaniya, Kanada və Yeni Zelandiya da bununla bağlı giriş məhdudiyyəti tətbiq edir.
Məlumata görə, Donald Tramp ABŞ prezidentliyinə qayıtsa belə, bu qadağa və səfər üçün xarici ölkələrin hakimiyyət orqanlarından xüsusi icazə istəmə zərurəti ilə üzləşə bilər. Bildirilib ki, Trampın məsələsi ABŞ siyasəti üçün yeni olmayacaq, çünki ölkənin keçmiş prezidenti Corc Buş (2001-2009) 1970-ci illərdə sərxoş halda avtomobil idarə etməsi ilə bağlı həbsinə görə sonradan Kanadaya giriş məhdudiyyətləri ilə üzləşib və ölkə ərazisinə səfər etmək üçün icazə istəmək məcburiyyətində qalıb.
Mənbə: TASS