Meksikanın Miçoakan ştatında Kotiha şəhərinin meri Yolanda Sançes Fiqeroa güllələnib.
Qeyd olunur ki, həmin ştatda yerli seçkidə səsvermənin başlamasına bir neçə saat qalmış daha bir namizəd Quitseo İsrael Delqado öldürülüb.
"Miçoakan ştatının hökuməti Kotiha bələdiyyəsinin başçısı Yolanda Sançes Fiqeronun qətlini pisləyir. Məsul şəxslərin tapılması üçün federal orqanlarla razılaşdırılaraq təhlükəsizlik əməliyyatına başlanılıb", - deyə katiblik bildirib.
Mənbə: RIA Novosti