kriminal.az
ABŞ cənub sərhədlərini qanunsuz miqrantlar üçün bağlayır

ABŞ Prezidenti Co Bayden qanunsuz miqrantlara siyasi sığınacaq verilməsini qadağan edən ölkənin cənub sərhədində nəzarətin gücləndirilməsi haqqında fərman imzalayıb.

Bu barədə Ağ Evin rəsmi saytında dərc olunmuş bəyanatda bildirilir.

"Prezident Bayden İmmiqrasiya və Vətəndaşlıq Aktının 212(f) və 215(a) bəndlərinə əsasən cənub sərhədini qanunsuz keçən vətəndaş olmayan şəxslərin Birləşmiş Ştatlara girişini dayandıran sərəncam verib. Söhbət siyasi sığınacaq verilməsinin məhdudlaşdırılmasından gedir", - bəyanatda deyilir.

Ağ Evdə bu qərarın daimi olmadığını bildirilib. Cənub sərhədini keçən qanunsuz miqrantların sayı "kifayət qədər az" olduqda qərar qüvvədən düşəcək.

Bundan əlavə, bəyanatda qeyd edilir ki, Vaşinqton "ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaradan" qeyri-qanuni miqrantların deportasiyasını sürətləndirməyə başlayacaq.

Top
0.10505795478821