kriminal.az
Salyanda FACİƏ: Yeni aldıqları evə baxırdılar, iki yaşlı uşaqları yıxılıb öldü

Salyanda iki yaşlı uşağın binadan bəzi detalları məlum olub.

Belə ki, bədbəxt hadisə rayonun Ağaxan Ağabəyli küçəsi 54 ünvanında yerləşən beşmərtəbli binada baş verib.

Uşağın valideynləri binanın dördüncü mərtəbəsində yeni aldıqları evə baxarkən 2022-ci il təvəllüdlü Rafiq Elnur oğlu Məlikov nəzarətdən yayınaraq qoruyucusu olmayan pəncərədən yıxılıb.

Dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan uşaq Bakıya gətirilsə də, yolda keçinib.

Qonşuların sözlərinə görə, uşağın valideynləri müxtəlif zamanlarda evə baş çəkib təmizlik işləri görürmüşlər.

Daha ətraflı APA TV-nin süjetində:

Salyanda FACİƏ: Yeni aldıqları evə baxırdılar, iki yaşlı uşaqları yıxılıb öldü

Salyanda FACİƏ: Yeni aldıqları evə baxırdılar, iki yaşlı uşaqları yıxılıb öldü

Top
0.044456958770752