kriminal.az
Mirzoyan: Azərbaycanla delimitasiya prosesində yeni xəbərlər mümkün ola bilər

Azərbaycanla sərhədlərin delimitasiyası prosesində yeni xəbərlər mümkün ola bilər.

Kriminal.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə deyib.

“Sülhün bərqərar olması uzunmüddətli bir prosesdir, bu isə diqqət, ehtiyatlılıq və ardıcıllıq tələb edir,” – o vurğulayıb.

Nazirin sözlərinə görə, amerikalı tərəfdaşlarla, xüsusilə də birgə dəmir yolu və digər infrastruktur layihələri üzrə müzakirələr davam edir.

Top
0.067155838012695