kriminal.az
Məhkəmə 55 min manat mənimsəyən xanım mühasiblə bağlı qərar verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıdakı şirkətlərdən birində mühasib işləyən, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən Bahar Altay qızı Abışovanın sonuncu məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, prokuror 6 il 6 ay hökm oxunmasını tələb etsə də, məhkəmənin qərarı ilə Bahar Abışovaya 2 il müddətinə şərti cəza verilib.

Qeyd edək ki, Bahar Abışova ibtidai istintaq dövründə həbs edilsə də, 13 dekabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Top
0.045462131500244