"Xarici agentlər" haqqında qalmaqallı qanunun qəbulundan sonra Avropa İttifaqı Gürcüstanla vizasız rejimi yenidən nəzərdən keçirə bilər".
Bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.
Qalmaqallı qanunun qəbulundan sonra Gürcüstan üçün mümkün nəticələrdən danışan Qerçinski qeyd edib ki, bütün variantlar masadadır.
"Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbulundan sonra biz Gürcüstan üçün vizanın liberallaşdırılması şərtlərinin hələ də qüvvədə olub-olmadığını yoxlamalıyıq", - deyə səfir bildirib.
Mənbə: Gazeta.ua