kriminal.az
Tramp ABŞ-də narkotik alverçiləri üçün ölüm cəzasının tətbiqini təklif edib

"Yalnız narkotik alverçiləri üçün ölüm cəzasının tətbiqi ABŞ-də narkotik problemini həll edə bilər".

Bu fikri çərşənbə günü ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.

"Fentanil (sintetik narkotik - red.) insanlarımızı öldürür. Narkotik tacirləri üçün ölüm cəzasını tətbiq etməyincə, siz heç vaxt narkotik problemini həqiqətən həll etməyəcəksiniz", - deyə Tramp bildirib.

2023-cü ildə ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzləri (CDC) ölkədə Meksikadan gətirilən sintetik opioid fentanildən həddindən artıq istifadə nəticəsində ölüm hallarının 2016-cı ildən 2021-ci ilə qədər təxminən dörd dəfə artdığını bildirib. CDC-nin qeyd etdiyi kimi, Birləşmiş Ştatlar hər il təxminən 100 min vətəndaşının həyatını itirdiyi kütləvi opioid epidemiyası ilə üzləşir.

Mənbə: TASS

Top
0.058030128479004