kriminal.az
Bütün bədəni yanan Mirzağanın yardıma ehtiyacı var

Bir yaşlı Mirzağanın sizin yardımınıza ehtiyacı var.

Bu barədə Kriminal.Az-a onun anası Yeganə Hüseynova məlumat yayıb.

O bildirib ki, övladı ötən il noyabrın 13-də yanıb.

"Mirzağa 8 aylıq olarkən dəm çaynikinin partlaması nəticəsində bədəninin böyük hissəsi yanıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Bir aydan çox orada müalicə aldıq. Daha sonra müalicələrə evdə davam etməli olduq. Evə keçəndən Mirzağanın müalicəsini demək olar sizin saytın izləyicilərinin dəstəyi ilə edə bilmişik. Hazırda övladımın müalicələrini davam etdirə bilmək üçün 670 manata ehtiyacımız var. İnanın, ağrılarına görə nə normal yuxu yata bilir, nə yemək yeyə bilir uşaq. Günü-gündən zəifləyir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 330-99-79.

Kapital Bank: 4169 7388 2087 6575.

Top
0.04301905632019