kriminal.az
Tovuzda çayda tapılan meyitin kimliyi müəyyən edilib

Tovuz rayonunda çayda tapılan meyitin kimliyi müəyyən edilib.

Kriminal.Az-ın məlumatına görə, meyitin Düz Cırdaxan kənd sakini, 1950-ci il təvəllüdlü Valeh Rüstəmova aid olduğu müəyyən edilib.

Xatırladaq ki, meyit Tovuz şəhərində olan parkların birinin yaxınlığından axan çayda aşkarlanmışdı.

Faktla bağlı araşdırma aparılır.

Top
0.044817924499512