Şəkidə bədbəxt hadisə nəticəsində 61 yaşlı kişi ölüb.
Kriminal.Az xəbər verir ki, hadisə rayonun Sarıca kəndində baş verib.
Belə ki, Qayabaşı kənd sakini 1963-cü il təvəllüdlü Qiyas Məmmədbağır oğlu Mehdiyev kombaynın ön hissəsini təmir edərkən nəqliyyat hadisəsi hərəkətə gəlib. Nəticədə o, kombaynın altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.