Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol komandasının braziliyalı hücumçusu Neymar peşəkar karyerasının ən yaxşı mərhələsindən danışıb.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə "RMC Sport" nəşri məlumat verib.
"Mənim idman sahəsində ən yaxşı illərim PSJ-də olub. Amma bu, kədərli idi, çünki tez-tez olduqca ciddi zədələr alırdım və zədə üç-dörd ay davam edirdi. Bu, məni çox narahat edirdi. Amma futbol nöqteyi-nəzərindən PSJ-dən olan Neymar mənim bütün karyeram ərzində ən yaxşı Neymar idi. Mən xoşbəxtəm ki, futbolumu fransızlara təklif edə bildim", - deyə Neymar bildirib.
Qeyd edək ki, Neymar 2023-cü ilin avqustunda "Əl-Hilal"ın oyunçusu olub. Onun Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, forvardın transfer dəyəri 30 milyon avro olaraq qiymətləndirilir. Futbolçu daha əvvəllər PSJ, "Barselona" və Braziliyanın "Santos" klublarında çıxış edib.