kriminal.az
İranlı diplomat:

İranın Suriyadakı səfirliyi tezliklə fəaliyyətə başlayacaq.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bildirib.

Onun sözlərinə görə, "Təhrir əş-Şam" qruplaşması Dəməşqə çatmazdan əvvəl naməlum şəxslər İran səfirliyini qarət ediblər.

"Suriyada baş verənlərdə şübhəli cərəyanlar var idi. Səfirlikdə bir dənə də olsun dollarımız yox idi. İranlılardan heç kim xəsarət almayıb. Tezliklə İranın Suriyadakı səfirliyi də fəaliyyətə başlayacaq", - deyə diplomat bildirib.

Top
0.043018102645874