kriminal.az
Xırdalanda

Xırdalanda bağça müəlliminə töhmət verilib.

Bu barədə Kriminal.Az-a Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat verib.

Bildirilib ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış məlum səs yazısı ilə əlaqədar "Təhsilverənlərin etik davranış Qaydaları"nın tələblərini pozduğu üçün adıçəkilən şəxsə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən "sonuncu xəbərdarlıqla şiddətli töhmət" verilib.

Eləcə də Xırdalan 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, bir neçə gün əvvəl Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə səs yazısı yayılmışdı. O, səs yazısında valideynlərdən "fond pulu" tələb etmişdi.

Xırdalanda "fond pulu" tələb edən bağça direktoru vəzifəsindən azad edildi

Xırdalanda "fond pulu" tələb edən bağça direktoru vəzifəsindən azad edildi

Top
0.048322916030884