kriminal.az
Çad paytaxtında hərbi sursat anbarında partlayış: Ölən və yaralananlar var

Çad Respublikasının paytaxtı Ndjamenada hava limanının yaxınlığında yerləşən və ölkənin Strateji Ehtiyatlar Baş İdarəsinə məxsus böyük hərbi sursat anbarında baş verən yanğın bir sıra partlayışlara səbəb olub.

Hadisə ilə bağlı ilk məlumatı ölkənin Xarici İşlər naziri və hökumət sözçüsü Abderaman Kulamalla verib.

Daha sonra Çadın prezidenti Mahamat İdriss Debi İtno hərbi sursat anbarındakı yanğın və partlayışlar nəticəsində ölən və xəsarət alanların olduğunu açıqlayıb.

Dövlət başçısı hadisənin səbəblərinin araşdırılacağını və günahkarların tapılacağını vurğulayıb. "Tchad One" agentliyinin məlumatına görə, diversiya ehtimalı yüksəkdir.

Bəzi mənbələr partlayışda Sudan xüsusi xidmət orqanlarının əlinin olduğunu iddia edirlər. Çad və Sudan arasında son vaxtlar gərginliyin artdığı müşahidə olunur.

Top
0.04125189781189