kriminal.az
Çin "Yaogan-40" peyklərini orbitə çıxardı

Çinin “Yaogan-40” uzaqdan zondlama peyklərinin üçüncü qrupu orbitə çıxarılıb.

Kriminal.az xəbər verir ki, buraxılış Pekin vaxtı ilə saat 00:34-də (şənbə günü Bakı vaxtı ilə saat 20:34-də) Şansi əyalətinin şimalındakı Tayyuan Peyk buraxılış Mərkəzindən baş tutub.

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının yaydığı məlumata görə, kosmik aparatlar orbitə CZ-6A raketi ilə çatdırılıb.

Qeyd edilir ki, bu peyklər elektromaqnit mühitinin öyrənilməsi və bununla bağlı təcrübələrin aparılması üçün istifadə olunur.

Top
0.066834926605225