kriminal.az
Dağıstanda çoban öz sürüsü ilə birlikdə öldü

Dağıstanın (Rusiya Federasiyası) Noqay rayonunun Şumlı-Olik kəndinin kənarında çoban qızı ilə qoyun sürüsünü gəzdirərkən faciə baş verib.

51 baş iribuynuzlu mal-qara kişi ilə birlikdə bir saniyə içində ölüb.

Hadisə zamanı çoban mobil telefonla danışıb və onu ildırım vurub. İldırımın sahəsi o qədər böyük olub ki, təkcə çoban deyil, bütün mal-qara yerindəcə tələf olub. Kişinin qızı möcüzə nəticəsində sağ qalıb. O, yəqin ki, bir qədər aralıda dayanıb.

İldırım vuran yerdə dərin çuxur əmələ gəlib.

Mənbə: "Komsomolskaya Pravda"

Top
0.059739112854004