kriminal.az
AVRO-2024: Sloveniya - Serbiya matçında qalib müəyyənləşməyib

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşü başa çatıb.

Kriminal.Az xəbər verir ki, qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

Görüşdə hesabı 69-cu dəqiqədə Yan Karniçnik açıb. 90+5-ci dəqiqədə isə Luka Yociç yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, bu qrupun digər oyununda Danimarka İngiltərə ilə qarşılaşacaq.

Futbol üzrə 2024-cü il Avropa çempionatının C qrupu çərçivəsində Sloveniya və Serbiya milliləri arasında görüş başlayıb.

Kriminal.Az xəbər verir ki, qarşılaşmanı rumıniyalı hakimlər briqadası idarə edir.

Qeyd edək ki, ilk oyunda Sloveniya Danimarka ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. Serbiya isə İngiltərə millisinə 0:1 hesabı ilə məğlub olub.

AVRO-2024: Sloveniya - Serbiya matçında qalib müəyyənləşməyib

AVRO-2024: Sloveniya - Serbiya matçında qalib müəyyənləşməyib

Top
0.11386179924011