Amerika Kubokunun açılış matçında Argentina Kanada ilə üz-üzə gəlib.
Kriminal.Az xəbər verir ki, gərgin mübarizə vəd edən görüş Argentina seçməsinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 49-cu dəqiqədə Xulian Alvares açıb. Görüşdə son nöqtəni isə 88-ci dəqiqədə Lautaro Martines qoyub.
Qeyd edək ki, yarışda Cənubi Amerikadan 10 və dəvət olunmuş 6 (əsasən, KONKAKAF) milli komanda mübarizə aparırlar.
Anar Həsənov